Gemafin Qasparyan Ermənistan məşğulluq və sosial işlər üzrə nazirin köməkçisi təyin edilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı müvafiq sərəncam Baş nazir Nikol Paşinyan tərəfindən imzalanıb.
Gemafin Qasparyan “Bun” Elm və Mədəniyyət Fondunun rəhbəridir.
Fond Soros Açıq Cəmiyyət İnstitutundan aldığı qrantlar hesabına fəaliyyət göstərir.