21 Fevral 2019 10:46
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya ordusu üçüncü ölkə ərazilərində regional müharibə baş verəcəyi halda ABŞ və NATO qüvvələrinə qarşı müqavimət göstərmək gücündədir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Raket və Artilleriya Elmləri Akademiyasının direktor müavini Konstantin Sivkov deyib.

O bu vəziyyətdə NATO-nun ən çox 2500 qırıcı, 1500 helikopter və 600 Pilotsuz Uçan Aparat (PUA) səfərbər edə biləcəyini və 2500-dən çox raket atacağını qeyd edib:

“NATO-nun hava hücumları 3-5 gün davam edəcək və bu əsnada 9 dəfə intensiv raket zərbələri endirə biləcək. Bu hücumların qarşısının alınması əsas məsələdir. Hesab edirəm ki, rus ordusu ABŞ və müttəfiqləri ilə müharibəyə girmək üçün kifayət qədər ağır döyüş təyyarələrinə, hücum qırıcılarına, strateji qırıcılara və döyüş helikopterlərinə sahibdir”.

Lakin Rusiyanın operativ döyüş təyyarələri, uzaqmənzilli raketlər, uzaqmənzilli radar müşahidə təyyarələri və digər vasitələr baxımından kifayət qədər ehtiyata malik olmadığını deyən Sivkov qeyd edib:

“Uzunmüddətli qlobal müharibə vəziyyətində Rusiya təyyarə, helikopter və canlı qüvvə sayı baxımından NATO-ya qarşı uzunmüddətli müqavimət göstərə bilmək gücündə deyil. Lakin bu vəziyyətdə nüvə cəbbəxanası Rusiyanın köməyinə çata bilər.

Ordumuzun dağılması ehtimalı ortaya çıxacağı və ölkəmizin suverenliyinə qarşı təhdid yaranacağı halda nüvə silahlarına əl ata bilərik”.


Müəllif: Mənsur Rəğbətoğlu