27 Fevral 2019 11:37
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya hökuməti Rusiyanın rəsmi şəxslərinin Cənubi Kuril adalarına səfərinə etiraz edib.

Teleqraf.com xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyi bu səfəri qanunsuz adlandıraraq, rəsmi Tokionun maraqlarını əks etdirmədiyini bildirib.

Qeyd edək ki, Rusiyadan olan rəsmi nümayəndə heyəti fevralın 26-da Şikotana adasına gələrək yerli əhalinin yüksək sürətli internetə çıxışını təmin edən sualtı fiber-optik kommunikasiya xəttinin açılış mərasimində iştirak edib.

Bununla bağlı Rusiyanın Yaponiyadakı səfirliyinə xəbərdarlıq edilib və bu, ölkə ərazilərinə müdaxilə kimi qeyd edilib.

Əlavə edək ki, Yaponiya Cənubi Kurilin 4 adasının (Kunaşir, Şikotan, İturup və Xabomay) qeyri-qanuni olaraq Rusiya tərəfindən ilhaq edildiyini iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər