ABŞ-da ailələrindən alınaraq nəzarətdə saxlanılan minlərlə qaçqın uşaq və gəncin cinsi istismara uğradığı iddia olunur.
Teleqraf.com xəbər verir ki, bu barədə bəyanat verən Konqres üzvü Ted Doyç belə davranışı iyrənc hadisə adlandırıb.
Respublikaçı konqresmenin ofisindən verilən açıqlamada bildirilir ki, ABŞ-ın Sağlamlıq və İnsan Xidmətləri İdarəsinin (HHS) qeydlərinə görə, son 4 ildə ailələri tərəfindən nəzarət edilməyən minlərlə qaçqın uşaq cinsi istismara məruz qalıb.
2014-cü ilin oktyabrından 2018-ci ilin iyuluna qədər HHS-ə bağlı Qaçqın Yerləşdirmə Ofisinə 4556, ABŞ Ədliyyə Nazirliyinə isə 1303 cinsi təcavüzlə bağlı şikayət edilib.
Şikayətlərdə saxlama mərkəzlərində qaçqın uşaq və gənclərə personal tərəfindən pornoqrafik video göstərmə və cinsi orqanlarına zorla toxunma kimi faktlar vurğulanır.
“Bu davranış gerçəkdən təhqir və iyrənc əməldir. Bu hadisə HHS-nin mərkəzlərində nələrin baş verdiyi haqqında cavab tələb olunan sualların başlanğıcıdır”, - konqresmen Ted Doyç bəyan edib.
HHS-nin sözçüsü Kaitlin Oakley açıqlama verərək bildirib ki, xarici uşaq proqramının icra edilməsində körpələrin təhlükəsizliyi ən ciddi məqamdır: “Bunlar ağır şərtlər altında müdafiəsiz uşaqlardır və Qaçqın Yerləşdirmə Ofisi hər bir uşağa xüsusi qayğı göstəriləcək davranışların məsuliyyətini bilir”.