27 Fevral 2019 15:08
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda nəşr olunan “Qanun” qəzeti Mədəniyyət və Media Məhkəməsinin qərarı ilə fəaliyyətini dayandırıb.

Teleqraf.com xəbər verir ki, İran hakimiyyətindəki islahatçı qanada yaxınlığı ilə tanınan qəzetin Suriya Prezidenti Bəşər Əsədin Tehran səfərini tənqid etdiyi üçün bağlanıldığı bildirilib.

Qeyd edək ki, “Qanun” qəzeti İranın dini lideri Əli Xameneyi və Bəşər Əsədin qucaqlaşdığı fotosunu “Dəvətsiz qonaq” başlığı ilə dərc etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər