Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyanın qardaşı Aleksandr Sarqsyana qarşı iri məbləğdə dələduzluq əməli törətmək maddəsi üzrə ittiham irəli sürülüb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Milli Təhlükəsizlik Xidmətindən bildiriblər.
A.Sarqsyana qarşı ittiham sübut edilərsə, onu 4 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
Qeyd edilib ki, istintaqın gedişində A.Sarqsyan silah alışından mənimsədiyi 19 milyon 600 min dolları könüllü olaraq dövlətə qaytarıb.