Gürcüstan prezidenti Salome Zurabişvili Ermənistana rəsmi səfərə gedəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Sputnik-Ermənistan məlumat yayıb. Səfər 13-14 mart tarixlərinə planlaşdırılıb.
Qeyd edək ki, Salome Zurabişvili Gürcüstan prezidenti kimi regiona ilk rəsmi səfərini 27 fevralda Azərbaycana gerçəkləşdirib.