İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan vilayəti Mircavə rayonunda üç sərhədçini sel aparıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın Sistan və Bəluçistan vilayəti valisinin hüquq-mühafizə məsələləri üzrə müavini Məhəmməd Hadi Mərəşi məlumat yayıb.
Onun sözlərinə görə, Mircavə rayonu 93 nömrəli sərhəd müşahidə qülləsi selin içində qalıb.
Sel aparan hər üçn hərbçinin cəsədinin tapıldığı bildirilir.