İranın 44 şəhərində ibtidai və orta məktəb müəllimlərinin hakimiyyətə qarşı başladıqları oturaq etiraz aksiyası davam edir.
Teleqraf.com xəbər verir ki, etirazların 4-cü günündə müəllimlər dərsə getməkdən imtina edərək oturaq aksiyaya başlayıblar.
Tehran, Məşhəd, Təbriz, İsfahan, Şiraz, Zəncan, Qəzvin, Banə, Kamyaran, Sari, Culfa, Kirman, İslamşəhr, Həmədan, Kirmanşah, Bocnurd, Abadan, Xürrəmabad və digər şəhərlərdə aksiya keçirən müəllimlər yazılı plakatlar qaldıraraq öz tələblərini irəli sürüblər.
Etirazçılar həbs edilən məhbus müəllimlərin azadlığa buraxılması, maaşların artıdırılması, müəllimlərə qarşı təzyiq və ayrı-seçkiliyin aradan qaldırılması, təqaüdə çıxmış müəllimlər üçün vahid pensiya məbləğinin müəyyən edilməsi və digər tələblərinin yerinə yetirilməsini istəyirlər.