5 Mart 2019 19:39
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada etirazlar zamanı aksiya iştirakçıları 65 avtomobili yandırıblar.

Teleqraf.com xəbər verir ki, aksiyalar Qrenobl, Eşirol və Sen-Marten-le-Vinu şəhərlərində daha güclü olub.

Ötən şənbədən başlayan etirazlara səbəb iki gəncin polis tərəfindən təqib edilərkən həlak olmasıdır.

Toqquşmalarda 16 yaşlı yeniyetmənin yaralandığı da bildirilir. Məlumata görə, xəsarət alanlar arasında polislər də var. Hadisələrlə əlaqədar 1 nəfər saxlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər