6 Mart 2019 08:05
1 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın birinci və keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə G.Kərimovanın qızı İman Kərimova bildirib.

Qeyd olunur ki, dünən saat 19:00 radələrində prokurorluğun işçiləri zorla Kərimovanın Daşkənddəki mənzilinə giriblər. Prokurorluğun əməkdaşları əvvəlcə "rəhbərlik" adından G.Kərimovanı hədələyiblər. Bir neçə dəqiqə sonra prokurorluğun başqa işçiləri zorla mənzilə girib və Kərimovanı evdən çıxarıblar. G.Kərimova bundan sonra naməlum istiqamətdə aparılıb.

Qızının sözlərinə görə, hazırda heç kim G.Kərimovanın harda olduğunu bilmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər