6 Mart 2019 14:36
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keniyanın paytaxtı Nayrobidə qarşıdurma baş verib.

Teleqraf.com xəbər verir ki, paytaxtın ən böyük hava limanı Jamo Kenyattanın əməkdaşları uçuşları dayandıraraq etiraz aksiyası keçirib.

Etirazçılar hüquqlarının daha yüksək səviyyədə qorunması, bəzi problemlərinin həll edilməsini istəyiblər.

Ölkənin beynəlxalq hava uçuşlarını dayandırdığını elan etdikdən sonra polislə hava limanı əməkdaşları arasında qarşıdurma baş verib.

Hava limanının əməkdaşları polis tərəfindən döyülüb.

Keniya Hava Yolları açıqlama yayıb. Açıqlamada “Saat 11:00-dan sonra uçuşu olan sərnişinlərin hava limanına gəlməmələrini tövsiyə edirik” ifadəsi yer alıb.


Müəllif: Cavad

Oxşar xəbərlər