8 Mart 2019 13:01
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Qara dəniz donanmasına məxsus gəmilər Türkiyə Hərbi Dəniz Quvvələri ilə birgə təlimkərə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə donanmanın mətbuat xidmətinin rəhbəri Aleksey Rulev məlumat yayıb.

Aleksey Rulev Novorossiysk Hərbi Dəniz Bazasının “Vasili Bıkov” və “Valentin Pikul” gəmilərinin şəxsi heyətlərinin “Burqazada” və “Akçay” gəmilərinin şəxsi heyətləri ile türk-rus ortaq təlimi düzənlədiyini açıqlayıb.

Şəxsi heyətlər Qara dəniz sularında birgə əməkdaşlıq üzrə çalışıblar və ayrıca olaraq təhlükəli bölgələrdən gəmiləri çıxarmaq tapşırığını yerinə yetiriblər.

Təlimlər martın 6-8-də “Mavi Vətən-2019” beynəlxalq təlimləri çərçivəsində Novorossiysk limanında keçirilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər