9 Mart 2019 20:00
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanlar özləri haqda yüksək fikirdədirlər və sahib olduqları ən kiçik istedadlarını da şişirdirlər. Amma son araşdırmanın nəticələrinə görə, insanlar öz həyat yoldaşlarının özlərindən daha ağıllı olduqlarını düşünürlər.

Teleqraf.com xəbər verir ki, Qərbi Avstraliya Universiteti və Varşava Universitetinin elm adamları 6 ildir birgə yaşayan 218 heteroseksual cütlüyün iştirakı ilə araşdırma aparıb.

Təcrübədə iştirak edənlər həm özlərinin, həm də həyat yoldaşlarının zəkasına “çox az” və “çox yüksək” olaraq iki qiymət veriblər. Bununla onların IQ səviyyələri müəyyən edilib.

İştirakçıların əksəriyyətinin intellektual istedadlarına orta hesabla 30 xaldan daha yuxarı qiymət verdikləri məlum olub. Buna görə də, təcrübədə iştirak edənlərin əksəriyyəti IQ səviyyələrinin orta hesabdan daha çox olduğuna inanırdı.

Ancaq testin nəticələrinə görə, qadınların 68.8%-i, kişilərin isə 55%-i ortalama nəticə göstərərək, 100 IQ xalı qazanıb.

Kişilər həyat yoldaşlarının daha ağıllı olduqlarına inanır və buna görə onlara 36 xal veriblər. Qadınlar da həmçinin həyat yoldaşlarının yüksək zəkasına inanırlar və buna görə onlara 38 xal veriblər.

Elm adamları insanların özlərinə oxşar portnyor seçməyə çalışdıqlarını da bildiriblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər