9 Mart 2019 16:57
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyada prezident və parlament seçkilərindən iki həftə sonra bu gün xalq yenidən səsverməyə gedib. Bu dəfə vali və əyalət məclis üzvləri seçilir.

Teleqraf.com xəbər verir ki, seçkilərdə ölkənin 29 əyalətinin valisi və 36 əyalətin məclis üzvləri seçiləcək.

29 vali postuna fərqli partiyalardan 991, əyalət məclis üzvlüyünə isə 1082 namizəd irəli sürülüb.

Nigeriyada 73 siyasi partiya fəaliyyət göstərir. Onların içərisində ən güclülələri Xalqın Demokratik Partiyası və İrəliləyiş Konqresi Partiyasıdır.

Qeyd edək ki, iki həftə əvvəl keçirilən prezident seçkilərində İrəliləyiş Konqresi Partiyasının namizədi qalib gəlib.


Müəllif: Cavad