Meksikanın Salamanke şəhərində (Quanaxuato ştatı) gecə klubunu silahlı hücum olunub.
Teleqraf.com-un məlumatına görə, "La Olaya" klubuna daxil olan bir qrup silahlı şəxs binada olan insanlara atəş açmağa başlayıb. Hadisə nəticəsində 15 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.
Hadisənin şahidlərinin sözlərinə görə, insident zamanı klubda 20-dən artıq insan olub. Yaralananların vəziyyəti barədə məlumat verilmir.
Qeyd edilir ki, silahlı şəxslər hadisə yerindən qaçıblar.