Efiopiyanın baş naziri Abiy Əhməd Əli "Ethiopian Airlines" aviaşirkətinin "Boeing 737" təyyarəsinin qəzaya uğradığını bildirib.
Teleqraf.com-un məlumatına görə, nazir bu barədə "Tvitter" sosial şəbəkəsində yazıb. Təyyarə Keniyanın Nayrobi şəhərinə reysi yerinə yetirirdi.
Nazir bildirib: "Baş nazir ofisi hökumət və Efiopiya xalqı adından bu səhər Nayrobiyə müntəzəm reysi yerinə yetirən "Ethiopian Airlines"in "Boeing 737"də yaxınlarını itirən ailələrə başsağlığı verir".
Aviaşirkətin nümayəndəsi faktı təsdiqləyib. Onun sözlərinə görə, göyərtədə 157 nəfər olub.