14 Mart 2019 14:45
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçdə yaşayan 15 şəxs Adolf Hİtler dövründən bu yana Almaniyadan maaş alır.

Teleqraf.com xəbər verir ki, bu şəxslər İsveçdə nasist ordusu sıralarında müharibə apararkən yaralanıb.

Sonradan nasist rejiminin lideri Adolf Hitler tərəfindən imzalanan qərara uyğun olaraq 15 isveçliyə aylıq maaş verilməsinə başlanılıb. Ölkə mətbuatı qeyd edir ki, maaş ödənilməsi indi də davam edir.

Qeyd edək ki, o dövrdə aralarında 200 isveçlinin olduğu minlərlə şəxs Adolf Hitlerə bağlı olduğunu və sədaqətini elan edib. Bu səbəbdən onlara Almaniya vətəndaşları ilə eyni hüquqlar verilib və ömür boyu maaş almaları haqda qərar çıxarılıb.

Adolf Hitler maaşı alan 15 isveçlinin hazırda İsveçdə yaşadığı, ayda 500-15000 arası İsveç kronu aldığı qeyd olunur.

Alman rəsmilər bu mövzu haqqında açıqlama verməyib və mümkün qədər bu mövzudan yayınırlar.


Müəllif: Cavad

Oxşar xəbərlər