15 Mart 2019 08:24
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi Türkiyəyə 1,5 milyard avro verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Birliyinin (AB) xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Federiko Moqerini bildirib.

O deyib ki, AB-yi qaçqın düşərgəsinin açılması üçün Türkiyəyə 1,5 milyard avro verəcək.

Qeyd edək ki, AB-yi suriyalı qaçqınlar üçün 2019 və 2020-ci illərdə 560 milyon avro xərcləyəcək.

AB-nin komissarı qeyd edib ki, 2019 və 2020-ci illərdə suriyalı qaçqınlara hər il üçün 560 milyon xərclənəcək, 2021-ci ildə də təxminən bu qədər maliyyə xərclənməsi ehtimal olunur. Ancaq Türkiyəyə veriləcək 1,5 milyard avro yalnız yeni qaçqın mərkəzinin açılışı üçündür.

Almaniyanın xarici işlər naziri Heiko Massda deyib ki, təmsil etdiyi dövlət suriyalı qaçqınlar üçün 1,44 milyard avro ayıracaq. Nazir bildirib ki, 8 illik müharibədən sonra Suriya prosesləri manşetlərdə olub, ancaq bu insanların acısını azaltmayıb. İdlibdəki prosesləri yaxından izlədiklərini, bunun onlar üçün əhəmiyyətli olduğunu bildirən Mass əlavə edib ki, yeni qaçqınlar ordusunun yaranmasına qarşıdırlar: “Qaçqınların Suriyaya qayıdışı üçün müvafiq şərtlər və təhlükəsizlik şəraiti olmalıdır. Bu şərait yaradılana qədər qaçqınlar yerləşdiyi ölkələri tərk etməməlidir. Bu üzdən biz belə yardımları həyata keçiririk”.


Müəllif: Cavad

Oxşar xəbərlər