Yetkinlik yaşına çatmayan doğma qızını zorlamaqda ittiham olunan Novosibirsk şəhər sakini 13 il müddətinə azadlıqdan məhrum edilib.
Teleqraf.com xəbər verir ki, o, cəzasını ciddi rejimli müəssisədə çəkəcək.
İstintaq araşdırmasına görə, ata qızını ilk dəfə 13 yaşında ikən zorlayıb. Qız ona inanmayacaqlarından qorxduğu üçün bir neçə il susub. Nənəsi isə hesab edir ki, qız anasına xoş gəlməsi üçün yalan danışıb.
Maraqlıdır ki, zorlamada ittiham olunan şəxs ölkədə doğumun səviyyəsinin yüksəldilməsini və sağlam həyat tərzini müdafiə etməsi ilə tanınıb. “Bir çox insanlar Maksimin və ailəmizin bu istiqamətdə könüllü fəaliyyətlərinin şahididir. O, abortlara qarşı mübarizə aparır, əxlaq qaydalarının möhkəmləndirilməsinə çağırış edir, içki içməməyə səsləyirdi. Qız atasına böhtan atır və bunu alqışlayırlar. Bunu anasına görə edir. Hansı ki, ona həyat yoldaşının və bizim hamımızın ölümü lazımdır”, – deyə qızın nənəsi bildirib.
Qeyd edək ki, təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə razılaşmır və apelyasiya şikayəti vermək niyyətindədir.