"Azərbaycan OPEC+ razılaşması əldə olunandan ən fəal üzvlərdəndir".
Bunu Bakıda Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl-Falihi bildirib.
O qeyd edib ki, Azərbaycan qlobal bazarın sabitliyi üçün yaradılan OPEC+ çərçivəsində öz tərəfindən işlər görüb.
Nazir, Bakıda Müştərək Texniki Komissiyanın (JTC) 27-ci iclası, həmçinin OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasının yüksək təşkilinə görə təşəkkür edib.