Avropa İttifaqı bu gün axşam Krımın Rusiyaya birləşməsinin beş illiyi ilə əlaqədar olaraq Ukrayna ilə birgə mini sammit keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS Avropa İttifaqı nümayəndəsinə istinadla məlumat yayıb.
“Bu gün axşam şurada Ukrayna ilə bağlı mini sammit keçiriləcək. Bütün təşkilatların rəhbərləri, eləcə də Avropa komissarları sammitdə iştirak edəcək”, – deyə Aİ rəsmisi bildirib.
Diplomatın sözlərinə görə, tədbirdə Ukrayna Prezidenti Petro Poroşenko da təmsil olunacaq.