20 Mart 2019 21:42
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya hakimiyyəti Avropa İttifaqına ölkənin təşkilatdan çıxmasını iyunun 30-a qədər təxirə salmaq barədə rəsmi sorğu göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin baş naziri Tereza Mey parlamentdə çıxış edərkən deyib.

Mey bildirib: "Mən bu gün Avropa İttifaqı Şurasının sədri Donald Tuska yazmışam və Böyük Britaniyanın "Brexit"i iyunun 30-a qədər təxirə salmaq istədiyi barədə məlumatlandırmışam".

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker, öz növbəsində deyib ki, Aİ Böyük Britaniyadan martın 29-a planlaşdırılan "Brexit"in təxirə salınması barədə sorğu alıb.

Qeyd edək ki, Birləşmiş Krallığın Avropa İttifaqında gələcək üzvlük məsələsinə dair referendum 2016-cı ilin 23 iyulunda keçirilib. Referendumda "Brexit" tərəfdaşları 51,9 faiz nəticə ilə qalib gəliblər.

Referendumun nəticəsinə görə Böyük Britaniya martın 29-u Avropa İttifaqından rəsmi olaraq çıxmalıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər