“Bill and Ted Face the Music” adlı komediya filminin nümayişinə 2020-ci il avqustun 21-dən başlanılacaq.
Teleqraf.com xəbər verir ki, aktyorlar Kian Rivz və Aleks Uinter filmin üç hissəli olduğunu bildiriblər.
“Bill və Tedin macəraları” adlı filmin üçüncü – “Bill and Ted Face the Music” adlı hissəsinin nümayişi isə gələn il olacaq.
Filmin rejissoru Din Parisodur. Yeni layihənin ssenarisi Kris Metison və Ed Solomon tərəfindən yazılıb. Metison və Solomon eyni zamanda, filmin ilk iki bölümünün də yazarlarıdır.