Qazaxıstanın yeni prezidenti Qasım-Jomart Tokayev ilk işgüzar səfərini ölkənin Türküstan vilayətinə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə onun mətbuat katibi Berik Kurmanqali “Feysbuk” səhifəsində bildirib.
“Səfər zamanı vilayət mərkəzində tikinti işlərinin gedişi ilə tanışlıq, bir sıra sənaye və sosial obyektlərə baş çəkmək, habelə region əhalisi ilə görüş planlaşdırılır”, – deyə o qeyd edib.
Qeyd edək ki, martın 19-da Nursultan Nazarbayev Qazaxıstan prezidenti vəzifəsindən istefa verib. Qasım Jomart-Tokayev martın 20-də and işərək Qazaxıstan prezidenti vəzifəsinin icrasına başlayıb.