İngiltərənin Avropa Birliyindən ayrılma mərhələsini (Breksit) parlamentə qəbul etdirə bilməyən baş nazir Tereza Mey bir qrup nazir tərəfindən istefaya məcbur ediləcək.
Teleqraf.com xəbər verir ki, bu iddianı İngiltərə mətbuatı ortaya atıb.
İddiaya görə, Breksit mərhələsi hökumətə zərər verməyə başladığı üçün Mey hökumətinin 11 naziri baş nazirdən istefasını tələb edib.
İngiltərə mətbuatı yazıb ki, Tereza Meyin yerini Mixail Kove və ya Devid Lidinqton tuta bilər.
Devid Lindinqton isə bəyan edib ki, baş nazir səlahiyyətlərini Tereza Meydən almaq kimi tələbi yoxdur. O, əlavə edib ki, xanım Meyin “Breksit” planını dəstəkləyir və hökumət baş nazirin arxasındadır.
Lindinqton vurğulayıb ki, intriqa ilə məşğul olmağa vaxtı yoxdur.