25 Mart 2019 12:59
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin paytaxtı Təl-Əvivin yaxınlığındakı Mişmərət bölgəsinə raket hücumu təşkil edilib.

Teleqraf.com xəbər verir ki, hücum zamanı 6 nəfər yaralanıb.

Paytaxta raket hücumu haqda məlumat alan Baş nazir Binyamin Netanyahu ABŞ səfərini yarımçıq saxlayaraq ölkəyə qayıtmaq qərarı verib.

Fələstin mediasının məlumatına görə, "Həmas" qruplaşması İsrailin mümkün hücumlarına qarşı hazırlıqlara başlayıb.

İsrail polisi bildirib ki, raketin düşdüyü evdə yanğın olub və yaralılar dərhal xəstəxanaya çatdırılıb.
İsrail rəsmilərinin məlumatına görə, paytaxta atılan raketin "Həmas"ın istifadə etdiyi silahlarla oxşarlığı var. İsrail raketin "Həmas" tərəfindən atıldığı versiyasını əsas götürür.


Müəllif: Cavad