26 Mart 2019 20:09
1 455
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın İstanbulkdakı Baş konsulluğunda əlaqələr üzrə mütəxəssis işləyən Mətin Topuz məhkəmə qarşısına çıxarılıb.

Teleqraf.com xəbər verir ki, Mətin Topuz 2016-cı ilin iyununda Türkiyədə dövlət çevrilişinə cəhddən sonra saxlanılıb və onun FETÖ şəbəkəsi ilə əlaqələrinin olduğu ortaya çıxıb.

Mətin Topuz verdiyi ifadədə bildirib ki, Türkiyəyə səfər edən bütün ABŞ prezidentlərinin təhlükəsizliyi ilə bağlı həyata keçirilən planlaşdırmalarda yaxından iştirak edib.

Ölkədən qaçan FETÖ prokuroru Zəkəriyyə Öz ilə iki dəfə görüşdüyünü etiraf edən Mətin Topuz bu barədə detallı danışıb.

Ən maraqlı hadisə isə prosesin keçirildiyi salonda olan ABŞ-ın İstanbuldakı baş konsulu, xanım diplomatın Mətin Topuz ifadə verərkən göz yaşlarına hakim ola bilməyib ağlaması olub.

Qeyd edək ki, Mətin Topuzun məhkəmə prosesi İstanbulun 14-cü Ağır Cinayətlər Məhkəməsində keçirilir.


Müəllif: Cavad

Oxşar xəbərlər