30 Mart 2019 09:36
2 657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Petro Poroşenko jurnalistləri özünün qapalı kabineti ilə tanış edib.

Teleqraf.com xəbər verir ki, bu barədə rəsmi dövlət saytı məlumat yayıb.

Söhbət Prezident Administrasiyasının qapalı mərkəzindən gedir. Burada dövlət başçısı Silahlı Qüvvələrə rəhbərlik edən Ali Baş komandan kimi müdafiə və təhlükəsizklik sahəsində vacib qərarlar qəbul edir.

Poroşenko deyib: "Avropanın, Avropada yerləşən Ukraynanın taleyi, eləcə də Avropaya inteqrasiya kimi məsələlərlə bağlı qərarlar məhz bu otaqda qəbul olunub".

Ukrayna Prezidentinin sözlərinə görə, əvvəllər bu otaqda sovet zamanı quraşdırılmış avadanlıq hesabına Rusiya onun telefon danışıqlarına qulaq asırmış. Türkiyənin yardımı ilə bu avadanlıqlar müasir texnologiya ilə əvəz olunub və indi onun tam nəzarətdə saxlanan danışıqlar aparmaq imkanı var.


Müəllif: Mahir

Oxşar xəbərlər