2 Sentyabr 2014 21:08
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-ya üzv 28 ölkə lideri son iki ildə ilk dəfə olaraq bu həftə Britaniyada bir araya gələcək.

Son dəfə NATO-nun Çikaqo görüşündə Əfqanıstan gündəlikdə əsas yer almışdı. O zaman Rusiya terrorizm və nüvə silahlarının yayılmamaması məsələlərinin müzakirəsində tərəfdaş hesab edilirdi. Lakin bu dəfə Rusiyanın Krımı ilhaqından sonra müzakirələrin diqqət mərkəzində Ukrayna böhranı yer alacaq.

Londonda yerləşən Chatham House-dan Kseniya Uskett Rusiyanın qırmızı xətti keçməsinin əks-produktivliyi barədə xəbərdarlıq verib. "Təkcə sammitdə deyil, ümumiyyətlə maraq doğuran bir məsələ NATO-nun gələcəkdə qırmızı xətlə bağlı iddialılığı olacaq. Bu, alyansa əməliyyata keçmək azadlığı versə də, nə kimi cavab verə biləcəyini qeyri-müəyyən saxlayır."

NATO liderlərinin Suriya və İraqın bəzi bölgələrinin nəzarətini ələ keçirən İslam Dövləti qrupunun təhlükəsinə cavab yollarını da müzakirə edəcəyi gözlənilir.

Talibanın fəaliyyətini gücləndirdiyi Əfqanıstan da gündəmdə olacaq. Ekspertlər və NATO liderləri quruma üzv ölkələrin Avropa və Şimali Amerikanın yeni təhlükələrə müqavimət göstərməsi üçün əlavə vəsait ayıracağına ümid bəsləyir.

/Amerikanın səsi/

Müəllif:

Oxşar xəbərlər