Türkiyədə son bələdiyyə seçkilərində İstanbul bələdiyyə sədri seçilən Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Əkrəm İmamoğlu fəaliyyətinə Ankara səfəri ilə başlayır.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, İstanbulun yeni bələdiyyə sədri Ankarada ilk olaraq Mustafa Kamal Atatürkün məzarını ziyarət edəcək.
Daha sonra CHP qərargahında partiya sədri Kamal Kılıçdaroğlu ilə görüşəcək.
Əkrəm İmamoğlu Ankara səfərində İyi Partiyanın sədri Meral Akşənəri də ziyarət edəcək.
İstanbulun yeni müxalif bələdiyyə sədri səfəri zamanı paytaxt Ankarada yeni bələdiyyə sədri seçilən CHP-nin digər uğurlu kadrı Mənsur Yavaşla müzakirələr aparacaq.