3 Aprel 2019 00:04
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

AKP-nin İstanbul mahal nümayəndəliyinin etirazından sonra Türkiyənin Ali Seçki qurumu İstanbulun 8 mahalı ilə bağlı qərarını verib.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, Fateh, Beykoz, Çekmeköy, Şile, Bayrampaşa və Çatalca kimi mahallarında etibarsız səslər yenidən sayılacaq.

Səslərin sayılması prosesi bütün partiya nümayəndələrinin iştirakı ilə baş tutacaq.

Seçki qurumu AKP-nin Bəyoğlu və Sancaqtəpə ilə bağlı etirazını isə rədd edib.

Qeyd edək ki, AKP İstanbulun 39 mahalında seçkinin nəticələrinə etiraz etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər