Nepalda səfərdə olan məşhur azərbaycanlı tele-aparıcı Hüsniyyə Məhərrəmova ölü yandırma mərasimində iştirak edib.
Teleqraf.com xəbər verir ki, o, İnstaqram səhifəsində olayın video-görüntüsünü paylaşıb.
Hüsniyyə Məhərrəmova qeyd edib:
“Paşupatinat məbədi induizmin əsas məbədidir. Dünyanın hər yərindən bura hər gün hindu zəvvarları gəlir- əsasən ölməyə. Onlar üçün burda ölüb, kremasiya olunub, külünün Bagmati çayına axıtmaq həyatın ən gözəl sonluğu hesab olunur. Çayı ortadan bölən körpünün cənubunda varlılar, şimal tərəfində kasıblar yandırılır.
Hazırda mənim arxamda yaşlı kişini kremasiya edirlər. Onun böyük oğlu 3 dəfə ətrafına fırlanaraq onu yandırır. Mərasimdə mərhumun bütün ailə üzvləri istirak edir. Bir bədənin yanıb tamamilə kül olmasına ortalama 3 saat vaxt lazımdır.
Ətrafda çox xoşagəlməz iy var. Tüstü burun və boğazı yandırır. Ağızda pis tam əmələ gəlir. Turistlərin bəziləri burun və ağzını bağlayır, bəziləri buna baxa bilmir, digərləri isə bunun canlı şahidi olmasının sevincini yaşayır.
Dünya çox maraqlı və rəngarəngdir. Birinə vəhşilik kimi görünənən bir şey başqası üçün ən ali nöqtədir. Ən böyük xoşbəxtlik bu planetə “Homo sapiens” olaraq gəlib bütün bunları görməkdir. Səyahət edin. Dünyada bundan gözəl ikinci heçnə yoxdur”.
Video-görüntünü təqdim edirik: