Martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri ətrafında yaranmış gərginlik bitmək bilmir.
Teleqraf.com xəbər verir ki, CHP və AKP arasındakı İstanbul qalmaqalından sonra yenidən sayılan bülleten qutularından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlanış mesajlar çıxmağa başlayıb.
Sosial şəbəkədə paylaşılan bir fotoda seçicinin bülletendə AKP-nin loqosunun olduğu yerə “Kürəkən varsa, mən yoxam” ifadəsini yazdığı bəlli olub.
Fotonu təqdim edirik: