İki gündür Ermənistan parlamentində baş verən qeyri-adi hadisə barədə mediada müzakirələr gedir.
Teleqraf.com xəbər verir ki, cümə günü parlamentin axşam sessiyasında "Ermənistanda insan hüquqları haqqında" məsələnin müzakirəsi zamanı bir qadının kürsüyə yaxınlaşaraq eynicinslilər barədə çıxış etməsi erməniləri şoka salıb.
Lilit Martirosyan ölkədə transgenderlər və transseksualların durumunun acınacaqlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, cinsini dəyişən şəxslər və eynicinslilərə qarşı vəhşi hərəkətlər edilir. Lilit Martirosyan aralarında müxtəlif işgəncələrə məruz qalanlar, ölümcül döyülənlər, hətta boğazları kəsilənlər olduğunu vurğulayaraq dövlətin onları belə təhlükələrdən qorumadığını söyləyib.
İclasın aparıcısı deputat Naira Zöhrabyan onun sözünü yarımçıq kəsərək "Gündəlikdə belə məsələ yoxdur" deyə onu kürsüdən uzaqlaşdırıb.
Dəhlizdə gözləyən cinsini dəyişmiş trasgenderlər Zöhrabyana etiraz edib.Qarışıqlığın yaranmaması üçün bütün deputatlar susmaq məcburiyyətində qalıb.
Sözügedən hadisə Erməni parlamenti tarixində ən biabırçı hadisə kimi qiymətləndirilir. Həmin şəxslərin parlamentin binasına və iclas zalına kim tərəfindən və hansı yolla daxil olması araşdırılır.
Lilit Matirosyanın əvvəlki halı