8 Aprel 2019 11:34
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın “Spayka” yükdaşıma şirkətinin direktoru David Kazaryan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O, 7 milyard 36 milyon 666 min 312 dram (15 milyon dollar) məbləğində vəsaiti vergidən yaydırmaqda ittiham olunur.

Şirkətin işçiləri isə D.Kazaryanın həbsinə etiraz edirlər. Onlar Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş istəyiblər. “Spayka”nın əməkdaşları tələbləri yerinə yetirlməyəcəyi halda genişmiqyaslı etiraz aksiyası keçirəcəklərini bildiriblər.

Qeyd edək ki, “Spayka” Ermənistanın ən böyük şirkətlərindəndir. 2001-ci ildə yaradılan “Spayka” 2007-ci ildən Avropa və MDB ölkələrinə, o cümlədən Rusiyaya meyvə və tərəvəz daşımaqla məşğuldur.

Son bir ildə “Spayka”da müxtəlif istiqamətdə yoxlama aparılır. Müəssisə vergidən yayınmaqda və bir sıra qanunsuz işlər görməkdə şübhəli bilinir. 2019-ci ilin yayında “Spakya”da Dövlət Gəlirləri üzrə Komitə və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarənin əməkdaşları yoxlama aparmışdı./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər