Gürcü müğənni və aktyor Vaxtanq Kikabidze dostu, bir sıra ölməz ekran əsərlərinin, o cümlədən məşhur “Mimino” filminin rejissoru Georgi Daneliyanın dəfn mərasimində iştirak edə bilməyəcək.
Teleqraf.com xəbər verir ki, V.Kikabidze bunu xəstəliyi ilə əsaslandırıb.
“Mən iştirak etməyəcəm, mən xəstəxanada yatıram”, – deyə artist izah edib. Hazırda V.Kikabidze dializ proseduru keçir.
G.Daneliyanın dəfn mərasimi aprelin 9-da Moskvada keçiriləcək.
V.Kikabidze məşhur filmdə “Mimino” təxəllüslü Valiko Mizandari rolunu oynayıb.