Donbasda özbaşınalıq bitməyincə döyüşləri davam etdirəcəyik.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu yaraqlıların informasiya xidmətinin rəhbəri Vladislav Briq bildirib.
O deyib ki, Ukrayna güc strukturları prezident Pyotr Poroşenkonun atəşkəslə bağlı əmrlərinə tabe olmurlar. Briq əlavə edib ki, döyüşçülər atəşkəs haqqında heç nə bilmirlər.
Xatırladaq ki, Poroşenkonun mətbuat katibi bu gün Putinlə atəşkəslə bağlı razılığın əldə olunduğunu bildirsə də, Rusiya prezidenti bu məsələni təkzib edib.
Samir