10 Aprel 2019 17:32
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda həbsxanalarda məhkəmə prosesi davam edən 20 226, barələrində hökm çıxarılmış 10 333, ümumilikdə isə 30 559 nəfər FETÖ üzvü var”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, həbs edilmiş Fətullahçı Terror Təşkilatı (FETÖ) üzvlərinin əksəriyyətinin hüquq-mühafizə orqanlarının əməkdaşları olduğunu bildirib.

Ərdoğan təkcə Silahlı Qüvvələr daxilindən 15 min FETÖ üzvünün həbs edildiyini bildirib: “Hüquq mühafizə orqanları sıralarından isə 4446 xain ortaya çıxarıldı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər