Almaniya kansleri Angela Merkelin anası Gerlinda Kasner 90 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın xüsusi nümayəndəsi Çteffan Zaybert məlumat yayıb.
“Gerlinda Kasner vəfat edib. Biz kanslerin şəxsi həyatına və ailəsinə hörmətlə yanaşmanızı rica edirik”,- deyə o SUPERillu nəşrinə açıqlamasında bildirib.
Hazırda Angela Merkel Avropa İttifaqının Brexit məsələsi ilə əlaqədar növbədənkənar toplantısında iştirak etmək üçün Brüsseldə səfərdədir.