11 Aprel 2019 11:31
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Parlamenti Senatının spikeri Dariqa Nazarbayeva qurumun plenar iclasında qarşıdan gələn növbədənkənar prezident seçkisi barədə danışıb.

Teleqraf.com xəbər verir ki, o deyib:

“Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev növbədənkənar seçki keçirilməsi barədə fərman imzalayıb. Əminəm ki, bu, doğru və vaxtında verilmiş qərardır. Fərman bizim cəmiyyətin çoxsaylı suallarına cavabdır. Qazaxıstanlılar daha çox nəyi qiymətləndirirlər? Sülhü və əmin-amanlığı, iqtisadi sabitliyi.

Məhz buna görə cəmiyyət Elbaşının strateji kursunun davamlılığının legitim təsdiqlənməsini gözləyir”.

Onun sözlərinə görə, qarşıdan gələn seçki Qazaxıstan cəmiyyətinin müdrikliyini və yetkinliyini sübut edəcək: “Bu seçki vətənimiz üçün yeni impuls və tərəqqinin daha bir təcəssümü olacaq”.

Dariqa Nazarbayeva sonda qeyd edib ki, hazırda əsas vəzifə ədalətli, qanuna uyğun və şəffaf seçkinin keçirilməsidir.


Müəllif: Səxavət

Oxşar xəbərlər