Sudan ordusu ölkədə hakimiyyəti ələ alaraq iki illik keçid mərhələsinə start verib.
Teleqraf.com xəbər verir ki, bu bəyanatla Sudan müdafiə naziri Avad bin Avf dövlət televiziyası ilə xalqa müraciətində bildirib.
Nazir əlavə edib ki, devrilən prezident Ömər əl-Bəşir həbs olunub.
Konstitusiyanın fəaliyyətinin dayandırıldığını, parlament və idarələrin ləğv olunduğunu bildirən nazir əlavə edib ki, iki illik keçid dövrü başlanılır.
Həmçinin Sudanda 3 ay müddətinə fövqəladə vəziyyət elan olunub, insanlar bir ay axşam saat 19:00-dan sonra küçələrə çıxmamaq tövsiyə olunub.
General keçid dövrünün sonunda seçkilərin keçirilməsi və hakimiyyətin sülh yolu ilə ötürülməsi üçün müvafiq şərait yaradılacağına söz verib.
Sudanlı fəallar isə müdafiə nazirinə qarşı etirazları davam etdirmək çağırışı edib.