12 Aprel 2019 10:39
1 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Silahlı Qüvvələrinin təqaüddə olan generalı, professor Arye Eldad ölkəsinin Misirdə demokratik seçkilərlə seçilmiş ilk prezidenti Məhəmməd Mursini devirmək üçün xüsusi səy göstərdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, o, açıqlamasında “Mursini devirib, yerinə Sisini gətirmək üçün çalışdıq” deyib.

General qeyd edib ki, Müsəlman Qardaşlarının lideri Məhəmməd Mursinin prezident seçildikdən sonra İsraillə sülh müqaviləsini ləğv etmək və Sina yarımadasındakı Misir hərbi qüvvələrinin sayını artırmaq cəhdləri İsraili hərəkətə keçirib:

“Mursinin bu yöndəki açıqlamalarından sonra İsrail Sisini hakimiyyətə gətirmək üçün diplomatik fəallığını artırdı. ABŞ Prezidenti Barak Obamanı da buna mane olmamaq üçün yola gətirdik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər