Beynəlxalq elm qrupu “Event Horizon Telescope” (EHT) dünyadan 55 milyon işıq ili uzaqda yerləşən bir qalaktikada - “Messier 87”nin mərkəzində yerləşən “qara dəliy”in kölgəsinin fotosunu yayımlayıb.
Teleqraf.com xəbər verir ki, fizikaçı Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə daxil olan “qara dəliklər” insanların diqqətini çəkən əsas mövzulardan biridir.
Mövzunun elm adamları üçün də populyar olduğunu deyə bilərik. Məsələnin özlüyündə bir çox sirri gizlətdiyinə isə şübhə yoxdur. Adından da bəlli olduğu kimi “qara dəliklər” işıq da daxil olmaqla, heç bir nəsnənin xilas ola bilməyəcəyi nəhəng qravitasiya sahəsinə - cazibə qüvvəsinə sahibdir.
Dolayı yolla “qara dəliklər”lə bağlı açıqlanmış məlumatın əsasən cazibə qüvvəsinin təsiri ilə əldə edildiyi ehtimal olunur. Elm adamları da müşahidə əsasında əldə edilmiş məlumatlara qeyri-ciddi yanaşmırlar.
Eynşteyn öz nəzəriyyəsində “qara dəliklər”in bizə işıq siqnalı göndərə bilməyəcəyini demirdi. Bir “qara dəliy”in olduğu yerdə əsasən, qara görünən kölgə, “hadisənin üfüqü” adlandırılan və işıq da daxil olmaqla, heç bir nəsnənin xaricinə çıxmayan bir səthin içində qalan sahədir.
“Hadisə üfüqü”nün xaricində olan, yenə də “qara dəliy”in cazibə qüvvəsiylə onun ətrafında yığılan başqa qruplara daxil olan maddələr də ola bilir. Belə vəziyyətdə “hadisə üfüqü”nün ətrafındakı maddə intensiv cazibə qüvvəsinin təsiri ilə sıxılır və isinir. Bu yüksək isinmə böyük həcmdə elektromaqnetik radiasiyanın (işığın) kainata yayılmasına səbəb olur ki, “qara dəliy”in ətrafında görünən də bu radiasiyadır.
“Event Horizon Telescope” qrupu “Messier 87” qalaktikasının mərkəzində yerləşdiyini ehtimal etdiyi “qara dəliy”ə fokuslanıb. Əldə edilən görüntü əsasən, “qara dəliy”in ətrafındakı maddədən yayılan radiasiyanın görüntüsüdür. Görüntüdəki parlaq sahə “qara dəliy”in ətrafındakı maddənin bir hissəsini göstərir. “Qara dəliy”in “hadisə üfüqü” əslində daha kiçikdir, qara sahənin yarısından daha kiçik sahəni əhatə edir.
Fotonu yayan mənbələrdə bu məsələyə toxunulmasa da, EHT qrupunun saytında ( https://eventhorizontelescope.org) yer alan məlumatda, bu barədə qeyd edilib. Bunun səbəbi “hadisə üfüqü”nə yaxın sahədələrdəki maddə sıxlığının yayılan elektromaqnetik radiasiyanın parlaqlığını azaltması və ya EHT-nin elm adamlarının bu sahədən yayılan radiasiyanın dalğavari aralıqların xaricində qalması kimi ehtimalları ola bilər.
Nəticədə “hadisə üfüqü”ndən bir az geniş olan bir sahənin fotosu qaranlıq çəkilib. Fotosu çəkilən “qara dəliy”in “qara dəliyin kölgəsi” adlandırılması da buradan qaynaqlanır.