ABŞ-ın 4 mindən çox federal agentin qeydləri oğurlanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 4 mindən çox agentinə aid iş qeydlərinin hakerlər tərəfindən oğurlandığını elan edib.
Hakerlər FTB akademiyasının dərnəyinə aid internet səhifəsi vasitəsilə təhlükəsizlik əməkdaşlarına aid və xidmətdə istifadə olunan qeydlərini oğurlayıblar.
Oğurlanan qeydlərdə agentlərin adları, yaşadıqları ünvanlar, telefon nömrələri və elektron poçt ünvanları olub.
Materiallar Ukraynada qeydiyyatdan keçmiş bir sayt vasitəsilə yayılıb.
İnternet saytına danışan hakerlərdən biri deyib ki, ABŞ hökuməti ilə əlaqəli olan 1 milyondan çox əməkdaşın məlumatları, fərdi informasiyaları onların ixtiyarındadır.