Liviyada feldmarşal Xəlifə Həftarın Liviya Milli Ordusu və beynəlxalq cəmiyyət tərəfindən tanınmış Milli Həmrəylik Hökumətinin qoşunları arasında toqquşmalar davam edir.
Teleqraf.com xəbər verir ki, döyüşlər nəticəsində 121 nəfər ölüb, 561 nəfər isə yaralanıb.
Qeyd edək ki, feldmarşal Xəlifə Həftarın aprelin 4-də orduya paytaxt Tripolini ələ keçirmək üçün hücum əmri verib. Buna cavab olaraq Milli Həmrəylik Hökuməti də orduya qarşı hərbi əməliyyatlara başlayıb. Paytaxt uğrunda gedən döyüşlərdə mülki əhali arasında da tələfatın olduğu deyilir.