14 Aprel 2019 20:09
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya S-400 zenit-raket kompleksləri ilə bağlı Türkiyənin mövqeyini alqışlayır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat kaibi Dmitri Peskov “Rossiya-1” telekanalında çıxışı zamanı deyib.

O, Ankaranın Rusiya raketlərinin alınması ilə əlaqədar bəyanatını şərh edərək söyləyib ki, ölkəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qəti mövqeyini alqışlayır.

D.Peskov əlavə edib ki, dünyada suveren siyasət yeridən az ölkə tapmaq olar. Rusiya və Türkiyə belə ölkələrdəndir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər