Misir parlamentinin qanunvericilik üzrə komitəsi səs çoxluğu ilə konstitusiyaya düzəlişlərin edilməsini təsdiq edib.
Teleqraf.com xəbər verir ki, Nümayəndələr Palatasının qanunvericilik üzrə komitəsi ölkənin əsas qanununun 140-cı maddəsinə dəyişikliklərin edilməsini bəyənib. Belə ki, 43 deputat lehinə, 7 deputat əleyhinə səs verib. Yaxın günlərdə ölkə parlamentində konstitusiyaya dəyişikliklər edilməsi barədə səsvermə keçiriləcək.
Xatırladaq ki, Misirdə konstitusiya islahatlarının həyata keçirilməsi barədə 156 misirli deputat təşəbbüs irəli sürmüşdü. Əsas qanuna dəyişikliklərdə prezidentlik müddətinin 4 ildən 6 ilədək uzadılması, dövlət başçısına vitse-prezidentlər təyin etmək hüququnun verilməsi, parlamentin yuxarı palatasının yaradılması və .s dəyişikliklər nəzərdə tutulur.