NATO-nin Qara dənizdəki fəaliyyəti regional sabitliyə ciddi zərbə vurur.
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“Əlbəttə, NATO-nun regionda artan fəaliyyətinə və təhdidlərinə qarşı tədbirlər görəcəyik. Alyansın fəaliyyətini yaxından izləyirik”, - deyə XİN rəsmisi bildirib.
Qeyd edək ki, NATO-ya məxsus gəmilərin Qara dənizdə Gürcüstan və Ukrayna sahil mühafizəsi və hərbi dəniz qüvvələri ilə birgə təlimlər keçirəcəyi barədə məlumatlar yayılmışdı.