16 Aprel 2019 08:05
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada prezidentliyə namizəd Vladimir Zelenskinin yaşadığı evin yaxınlığında silahlı şəxslər zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, güc strukturlarının həyata keçirdiyi əməliyyat nəticəsində bir neçə nəfər zərərsizləşdirilib.

Ukrayna polisi zərərsizləşdirilən şəxslərin bir neçə cinayəti planlaşdırdıqlarını açıqlayıb. Polis Zelenskiyə qarşı terror hazırlandığı barədə suala şərh verməyib.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək. Vladimir Zelenski və Petro Poroşenko Ukrayna prezidentliyi uğrunda mübarizə aparacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər